İzzət |
|
Orxan |
Qəm yemə, Orxan pək də aciz deyil. (Qarmonun səsi kəsilir). Haydı, İzzət, susdu qarmon, sən çəkil! (İzzət dörd-beş addım çəkilir) |
Orxan (qayət hiddətli) |
|
İnan ki, alt-üst eylərim aləmi, |
|
Orxan | Aman, nə yosma qız! |
İzzət | Ah!.. |
Orxan | Çəkil,çəkil! (İzzət çəkilir, Orxan kəndi-kəndinə) Yazıq! Əsla qızın könlü şad deyil, Allah, Allah! Həm dalğın, həm də məhzun. Bir baqışda eylər insanı məcnun. (İsmətə doğru) Aman, ya Rəbb, İsmət, İsmət! |
İsmət (Orxanı görüncə heyrətlə) |
|
Ah, Orxan! | |
Orxan | Nə var, nə yoq? |
İsmət |
Çoq şükür, Qanpoladdan Bu gün bir məktub gəldi... |
Orxan | Nerdə Səlma? |
İsmət | Qomşudadır, şimdi gəlir... |
Orxan | Pək əla. Fəqət niçin? |
İsmət |
Getmiş mollayı bulsun, Məktubu oqutsun, xatircəm olsun. |
Orxan | Pəki, evdə kim var? |
İsmət | Kimsə yoq... |
Orxan |
İsmət! Allah əsirgəsin, nədir bu halət? Bət-bənizin solmuş, çöhrən dəyişmiş, Qolay sanma, deyil bu, sadə bir iş. |