I
Səhnə Dağıstanda otlu, ağaclı küçük bir bağça ərz edər. Bağçanın ucunda sadə və fəqiranə bir evciyəz görünür. Uzaqda lətif, rəngarəng bulutlar, yüksək və mavi dağlar nəzərə çarpar.
Səlma (Qapı önündə oturub pək düşüncəli görünür, iki dəqiqə sonra qalxıb yüzünü göy səmtinə tutar. Sinirli və həyəcanlı bir səslə) |
|
Ey mərhəmət kanı, ey ulu Tann! |
|
İsmət (gülər yüzlə) |
|
İştə məktub! | |
Səlma | Kimdən, quzum? |
İsmət | Qanpoladdan. |
Səlma | Kim verdi? |
İsmət | Qomşumuz, Qorqmaz oğlu Müslim verdi. |
Səlma | Nasıl Qanpoladım? |
İsmət | Şükür, sapsağlam... |
Səlma | Gəlmiyormu? |
İsmət | Məktubda yazmış tamam. |
Səlma |
Bir az təkbaşına çalğı çal, əylən. Bən də şimdi məktubda hər nə varsa, Oqutdurub tez gəlirim... |