Oxu üçün seçilmiş parçanın bu qaydada yazılması ifaçının işini xeyli asanlaşdırır. Bu,
bildiyiniz kimi, əruz vəznində yazılmış şeirlərin düzgün oxusuna istiqamət verir.
- Araşdırın
- Fikirləşin
- Cavab verin
- Şeir hansı mövzuda yazılıb? Fikrinizi əsaslandırın.
- Müharibənin türk xalqlarına gətirdiyi fəlakət şeirdə inandırıcı şəkildə ifadə
edilmişdirmi? Fikrinizi nümunələrlə əsaslandırın.
- “Şeirdə ağır itkilərdən doğan kədər hissindən çox, azadlıq uğrunda mübarizə əzmi əks
olunmuşdur” fikrini doğru saymaq olarmı? Mövqeyinizi təsdiq edən misallar göstərin.
- Şeirin ahəngdarlığına, bədii təsir gücünün artmasına şair hansı vasitələrlə nail
olmuşdur?
- Şeirin müəllifi haqqında sizdə hansı təsəvvür yarandı?
- Şeirdəki başlıca fikir -ideya, sizcə, nədir?
-
Xalqımızın 1905,1918,1947 və 1980-90-cı illərdə qarşılaşdığı faciələrlə bağlı məlumat
toplayın. Məruzə üçün yazılı mətn hazırlayın.