Bu, hekayənin xüsusi bir növü, şəkli hesab olunur. Deməli, novella onda əks olunmuş əhvalat və hadisələrin qəribə, gözlənilməz şəkildə tamamlanması, başa çatması baxımından hekayənin digər formalarından fərqlənir.
Obrazın adı | Nitqindən nümunələr | Xarakterindəki başlıca cəhətlər |
---|---|---|
№ | Əsərin ideyası aşağıdakılardan hansıdır? | Nə üçün belə düşünürsünüz? | Öz variantınız hansıdır? |
---|---|---|---|
1 | Şöhrətpərəstlik insan üçün böyük nöqsandır. | ||
2 | Cılız hisslərlə yaşayan insan böyük uğur qazana bilməz. | ||
3 | Yadelli ağalara qulluq göstərənlər sonda zavallıya çevrilirlər. | ||
4 | Mütilik, qul psixologiyası asılı olmaqdan yaranır. |
Müzakirə edin: Kərbəlayı Zalın gülünc, zavallı vəziyyətə düşməsinin səbəbini xarakterindəki nöqsanlarla izah etmək olarmı?