Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.
Yazıq Feyzullanı da qolları bağlı bir kənarda saxlamışdılar. Feyzulla evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi:
- Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.
Feyzullanın qolunu açdılar. Gəlib çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı.
O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.
Səhər Kərbəlayı Zalı qulluqdan xaric etdilər.
Əsərin parçaları |
Sizcə, nə baş verəcək? Hadisələr necə davam edəcək? |
Nə üçün belə düşünürsünüz? Nəyə əsaslanırsınız? |
Nə baş verdi? Hadisələr necə davam etdi? |
---|---|---|---|
1 | 2 | 3 | 4 |