Şeirin ilk bəndindəki həmqafiyə sözlər hansılardır? | |
Bəndlərdən birində işlədilmiş rədifləri müəyyənləşdirin. | |
Məzlum, fəryad, ədəb, insanlıq, çəltik, lal ol sözlərinə sinonimlər seçin. |
Bədii təsvir və ifadə vasitələri | Nümunələr |
---|---|
Epitet | |
Bədii sual | |
Bədii təzad |
№ | Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
---|---|---|
Əsərin təhlilinə hazırlaşın.
Bilirsiniz ki, həyat hadisələri, insan obrazları bədii əsərdə fərqli təqdim olunur. Yəni davranış və əməlləri rəğbət, hörmət yaradan obrazlarla yanaşı, gülüş obyektinə çevrilənlər də olur. Cəmiyyətdə, mühüm ictimai hadisələrdə özünü göstərən mənfiliklər, nöqsanlar yazıçı tərəfindən kəskin tənqid atəşinə tutulur, ifşa edilir. Bu daha çox satirik əsərlərdə özünü göstərir. Satiradan bədii ədəbiyyatın əksər növlərində istifadə olunur; satirik şeir, satirik hekayə və s. ədəbi irsimizdə az deyildir. Belə əsərlərdə gülüş acı, hiddətli, məhvedici olur. Lakin ədəbiyyatda gülüş həmişə eyni vəzifəni ifa etmir; bəzən gülüşdə nifrət, qəzəb yox, mərhəmət, təəssüf, kədər olur. Ədəbiyyatdakı iki gülüşün - satira və yumorun başlıca fərqi də bundadır.
Ədəbiyyatımızda satirik şeirin böyük ustadı sayılan Sabir XX əsrin əvvəllərində cəmiyyətdəki nöqsanlara qarşı çevrilmiş əsərləri ilə şöhrət qazanmışdır. Onun kəskin əsərlərindən olan “Əkinçi” 1907-ci ildə “Molla Nəsrəddin” jurnalında çap edilmişdir. Satirada mülkədar obrazının daxili aləmi, zəhmət adamına - əkinçiyə münasibəti onun öz dili ilə hərtərəfli açılır. Bu, Sabirin satiralarının mühüm cəhətlərindəndir. Şairin bədii