Bilik və bacarıqlarınızı tətbiq edin.
Əsərin təhlilinə hazırlaşın.
Ədəbiyyatımızda ən gözəl hekayələrdən olan bu əsərin yaranmasından yüz il ötsə də, o bu gün də maraqla oxunur, haqqında yeni-yeni elmi əsərlər yazılır. Hekayə təkcə maraqlı məzmunu ilə deyil, həm də dərin ictimai mətləbləri əks etdirməsi ilə diqqəti cəlb edir. Bu mətləbləri aydınlaşdırmaq, onlara münasibət bildirmək üçün əsərin üzərində düşünmək, araşdırma aparmaq vacibdir. “Qurbanəli bəyin rəzil vəziyyətə düşməsinin səbəbini yalnız xarakterindəki nöqsanla izah etmək doğrudurmu?” sualı bütün araşdırma boyu sizi düşündürməlidir. Bu obraz barədə mükəmməl təsəvvür qazansanız, əsərin ideya-məzmununu anlamaq və izah etmək sizin üçün çətin olmayacaqdır. Bu, Qurbanəli bəyin nitqinə - danışığına, onunla bağlı təsvirlərin, əhvalat və hadisələrin əsərdə necə təqdim olunmasına xüsusi diqqət yetirməyinizi tələb edir. Artıq hiss etdiniz ki, əsərdəki əhvalatlar, hadisələr bir-biri ilə sıx bağlanıb, obrazlar qarşılıqlı əlaqədə təsvir olunub. Müəyyən ardıcıllıqla düzülən bu əhvalatlar, hadisələr bir-birini tamamlayır, bir xətt ətrafında birləşir. Yazıçı öz əsərində əhvalatvə hadisələri nə cür əlaqələndirmək, necə yerbəyer etmək, nəyi əvvəl, nəyi sonra təsvir etmək üzərində düşünür. Başqa sözlə, hər bir sənətkar əsərini necə quracağı