— Bəli.
Bu heyndə tövlədə atların biri başladı kişnəməyə. Naçalnik yoldaşlarına belə təklif elədi:
— Çox əcəb, biz bu qədər yolu zəhmətlə gəlmişik, barı, heç olmasa, bəyin atlarına baxaq, sonra qayıdaq.
Yoldaşları razı oldular. Naçalnik genə Kərbəlayı Qasımdan tövləyə getməyə izin istədi. Kərbəlayı Qasım dedi:
— Buyurun!
Naçalnik, iki pristav, mal həkimi, xanımlar və kazak əfsəri girdilər həyətə və üz qoydular tövləyə tərəf. Qurbanəli bəyin arvadı həyətdə qonaqları görüb qaçdı soxuldu otağa və qonaqlar girdilər tövləyə. Naçalnik qabaqdakı atı görüb dedi:
— Bu elə bəyin dünənki atıdır.
Sonra qonaqlar yeridilər içəri və bir kəhər atın yanında dayandılar. Naçalnik atın qabağına keçib Kərbəlayı Qasımdan soruşdu:
— Budurmu bəyin tərifli atı?
Kərbəlayı Qasım dedi:
— Bəli.
Qonaqlar başladılar atın o tərəfinə, bu tərəfinə dolanmağa. Naçalnik axura tərəf hərəkət eləyib istədi atın ağzına baxsın. Axura yavuqlaşan kimi naçalnik dik atıldı və çığırdı:
— Ax, çort vozmi!
Axurun içində guya kəfənə bürünmüş bir şey naçalnikin gözünə sataşdı. Naçalnik yanındakı pristavın əlindən yapışıb yavaşca yeridi axurun yanına və diqqət eləyib gördü ki, axurdakı Qurbanəli bəy özüdü.
Bunu görcək naçalnik çəpik çalıb qəhqəhə çəkib güldü və dedi:
— A... a... a... rəfiq, sən burda imişsənl..
Qonaqlar da bir-bir gəlib bəyə diqqət ilə baxdılar və çəkilib durdular kənarda.
Qurbanəli bəy yerindən heç tərpəşmədi.
Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular getməyə.
Əsərin hissələri |
Sizcə nə baş verəcək? |
Nə üçün belə düşünürsünüz? |
Nə baş verdi? Hadisələr necə davam etdi? |
---|---|---|---|
I hissə | |||
....... | |||
....... | |||
....... |