Tomas Cefferson
1776-cı il iyulun 4-də konqres
"İstiqlaliyyət bəyannaməsi" qəbul etdi. Bununla
müstəmləkələr İngiltərədən ayrılır və öz müstəqilliklərini elan
edirdi. Üsyana qalxmış müstəmləkələr
Amerika Birləşmiş Ştatlarında birləşirdi. Bu sənədin
başlıca müəllifi Tomas Cefferson idi. "Bəyannamə'də deyilirdi:
- bütün insanlar bərabər yaranmışdır;
-
xalq işğalçıları devirmək və öz hökumətini yaratmaq hüququna
malikdir.
Beləliklə, "Bəyannamə"də xalq hakimiyyətin mənbəyi elan olunsa da,
qulların və hinduların hüquqları nəzərə alınmadı.
O vaxtdan 4 iyul ABŞ-də İstiqlaliyyət günü kimi qeyd olunur.