Xəritə əsasında koloniyaların Atlantik okeanı sahillərində
salınmasının səbəbini izah edin.
Koloniyalar kralın təyin etdiyi qubernatorlar tərəfindən idarə
olunurdu. Hər bir koloniyada məclis fəaliyyət göstərirdi. O,
daxili qanunlar qəbul edir, vergiləri müəyyənləşdirirdi. Yalnız
qubernator məclisin qərarını ləğv etmək səlahiyyətinə malik idi.
Koloniyalar arasında əlaqə genişləndikcə əhali bir-birinə qaynayıb
qarışır, yeni bir xalq - Amerika xalqı formalaşırdı.
İngiltərə dövləti kolonistlərə
(koloniyaların sakinlərinə) bir çox qadağalar qoymuşdu.
Onlar qərbə doğru köçə bilməzdilər. Müstəmləkələrdə dəmir
məmulatlarının hazırlanması və parça toxunması da qadağan
olunmuşdu. Onlar hazır şəkildə İngiltərədən gətirilməli idi.
İngiltərənin koloniyaların siyasi və iqtisadi inkişafına maneələr
yaratmasının səbəblərini izah edin.