Plantasiya sahibləri müxtəlif bitkiləri becərmək üçün qul
əməyindən istifadə edirdilər. Hinduları qula çevirmək mümkün
deyildi. Ona görə də Afrikadan qaradərili insanları zorla gətirib
qul kimi işlədirdilər.
Amerikaya ilk qaradərili afrikalı 1619-cu ildə Hollandiya gəmisi
ilə gətirilmişdi. Gəlirli sahə kimi qul alveri getdikcə daha da
genişlənirdi. İngiltərə Amerikadakı müstəmləkələrdən çox böyük
gəlir əldə edirdi. İngilis kralı burada feodal qaydalarının tətbiq
olunmasında maraqlı idi.
Qulların gəmilərlə daşınması
Şimali Amerikada qul əməyinin tətbiqi nə ilə nəticələndi?