Gəlmələrin hinduların torpaqlarını zəbt etməsi və materikin
içərilərinə doğru irəliləməsi onların arasında münaqişəyə səbəb
olurdu. İngilis müstəmləkəçiləri yerli əhali ilə amansız rəftar
edirdi.
Müxtəlif qəbilələrdən ibarət hinduların arasında birliyin
olmamasından məharətlə istifadə edən müstəmləkəçilər bəzən
qəbilələri bir-birinə qarşı qoyub onların güclərini
zəiflədirdilər. Odlu silahın nə olduğunu bilməyən hindular
döyüşlərdə məğlub olurdular.
Nəticədə hinduların böyük bir hissəsi məhv edildi, yerdə qalanı
isə qərbə doğru sıxışdırıldı.
Cəsur və döyüşkən hinduların müstəmləkəçilərə məğlub olmasının
nəticələri nə oldu?
İngilislərlə yanaşı, koloniyalarda holland, alman, fransız, ispan
və portuqallar da məskunlaşırdı.