Manufakturaların təşkilində ticarət kapitalı əsas rol oynayırdı.
Xarici ticarət ölkəyə böyük mənfəət gətirirdi. İxrac coğrafiyası
dəyişilmişdi. İngiltərədən Avropa ölkələrinə ixrac olunan məhsulun
miqdarı azalmış, müstəmləkələrə göndərilən məhsulun miqdarı
artmışdı. Qul ticarətindən İngiltərənin gəliri xüsusilə böyük idi.
Xarici ticarətdən, qul alverindən və müstəmləkələrdən əldə edilən
vəsait sənayeyə sərf edilirdi. Dövlət sahibkarlara böyük məbləğdə
kredit verirdi.
İngiltərədə maarifçilik. XVIII yüzillikdə İngiltərə üçün
səciyyəvi cəhətlərdən biri maarifçilik idi. İstehsalın, ticarətin
və dənizçiliyin inkişafı üçün elmi biliklərə tələbat böyük idi.
İngiltərədə maarifçilik inqilabdan sonra formalaşmışdı. Burada
maarifçilik mötədil xarakter daşıyır, kilsəni və feodal
qaydalarını sərt tənqid etmirdi. Onların siyasi baxışları
İngiltərənin dövlət quruluşuna bəraət qazandırmağa yönəlmişdi.
İngiltərədə maarifçilik