1689-cu İldə İngiltərə parlamenti
"Hüquqlar haqqında bili"
adlı qanun qəbul etdi. Qanuna əsasən İngiltərə parlamentli
monarxiyaya çevrildi. Kral qanunlara veto qoymaq hüququnu itirdi
və ölkəni parlamentlə birlikdə idarə etməli oldu. Bununla da
İngiltərədə parlamentli monarxiya idarəetmə forması bərqərar oldu
elan edildi.
Bili anqlosaks hüquq sistemini qəbul etmiş ölkələrdə
hökumətin və ya parlament üzvünün təklif etdiyi qanun layihəsidir.
1707-ci ildə İngiltərə və Şotlandiya parlamentləri birləşmiş
krallıq yaratmaq barədə qərar qəbul etdi. Bundan sonra dövlət
Böyük Britaniya adlanmağa başladı.
İnqilabın nəticələri. İnqilab nəticəsində İngiltərədə
mütləqiyyət zəiflədi. Stüartların hakimiyyəti müvəqqəti oldu və
ölkədə baş vermiş dəyişikliklərin hamısını ləğv edə bilmədi.