kralın mütləqiyyəti bərpa etmək cəhdləri ilə barışmaq fikrində
deyildi. Katoliklik həm ingilislərə yad idi, həm də İngiltərənin
əsas rəqibləri olan İspaniya və Fransada hakim idi. Torpaq
sahibləri ehtiyat edirdilər ki, katolikliyin bərpası nəticəsində
kilsə onların torpaqlarını geri istəyəcək. Əhalini isə dini
təqiblərin bərpası ehtimalı narahat edirdi.
II Ceymsin katolikləri anqlikan kilsəsində yüksək vəzifələrə təyin
etməsi
yepiskopların
bir qisminin müxalifətin tərəfinə keçməsinə səbəb oldu. Bu addımı
onu təcrid olunmuş vəziyyətə saldı.
Yepiskop provaslav, katolik və anqlikan kilsələrində ali dini
rütbəli ruhanidir.
"Şanlı inqilab". Əsas siyasi qüvvələr dövlət
çevrilişi həyata keçirmək qərarına gəldi. Onlar yeni vətəndaş
müharibəsinin qarşısını almaq üçün hollandiyalı Oranlı Vilhelmdən
ordu ilə Londona gəlib hökuməti dəyişməyi və protestantlığı
qorumağı xahiş etdilər. II Ceymsin kürəkəni olan Oranlı Vilhelm
protestant və Fransanın düşməni idi. O, parlamentin sərbəst
fəaliyyətini təmin etməyi vəd etmişdi. Hakimiyyət dəyişikliyinin
dinc yolla həyata keçməsi İngiltərə tarixində
"Şanlı inqilab" adlanır.
Oranlı Vilhelm