çəpərləmələrin qadağan olunmasını tələb edirdilər. Əhali diktatura
rejiminə qarşı mübarizə aparırdı.
Stüartların bərpası. İngiltərədə yaranmış vəziyyət hökuməti
narahat edirdi. Protektorat ölkədə sosial və siyasi sabitliyi
təmin edə bilmədi. Hakim dairələrin bir qismi monarxiyanın
bərpasını vəziyyətdən ən yaxşı çıxış yolu hesab edirdi.
1660-cı ildə fəaliyyətə başlayan parlament özünün ilk qərarı ilə
II Çarlz Stüartı İngiltərə taxtına dəvət etdi. Bununla da
Stüartlar sülaləsi bərpa edildi.
Stüartlar sülaləsinin bərpa olunmasına şərait yaradan amilləri
müəyyən edin.
II Çarlz bəyannamə ilə çıxış edərək bildirdi ki, inqilab
iştirakçılarına bəraət veriləcək, etiqad azadlığı və inqilab
dövründə ələ keçirilmiş