Orduya rəhbərlik edən puritanların
mötədil
hissəsi daha çox xalqdan qorxduğu üçün kralı məğlub etməyə
çalışmırdı. Kralla barışmağa meyilli olan bu qüvvələr onunla
danışıqlara başladı.
Mötədil orta siyasi xəttin nümayəndələridir.
Puritanlar kral ordusunun buraxılmasını və kilsə islahatının
keçirilməsini tələb etdilər. Lakin kral həmin tələbləri qəbul
etmədi.
Əhalinin köməyi İlə müharibənin gedişində dönüş yarandı. Parlament
ordusuna hərbi İşi yaxşı bilən Olİver Kromvel başçılıq edirdi. O,
xalqın köməyi İlə mütləqiyyəti hərbi cəhətdən məğlub etmək
İstəyirdi. Ona görə də Kromvel kəndlilərdən və sənətkarlardan
İbarət yeni qoşun hissələri yaratmağa başladı.
1645-ci ildə hərbi islahat haqqında qəbul olunmuş qanuna
əsasən ümumi rəhbərliyi və vahid maliyyə sistemi olan yeni tipli
ordu yaradıldı. Könüllülük prinsipi əsasında təşkil olunan orduda
əsgərlərin sayı qısa müddətdə 70 minə çatdı. Bu addımlar tezliklə
öz bəhrəsini verdi.
Neyzbi döyüşündə parlamentin ordusu qalib gəldi. 1646-cı
ilin yayında I Çarlz Şotlandiyaya qaçdı. Lakin şotlandlar böyük
məbləğdə pul alaraq onu parlamentə təslim etdilər.
Vətəndaş müharibəsində parlamentin qələbə qazanmasına səbəb olan
amilləri təhlil edin.
Parlament qalib gəldikdən sonra bəzi addımlar atdı. Müzakirə
edilən məsələlərdən biri aqrar məsələ ilə bağlı idi. Müharibənin
başlamasından sonra parlament ruhanilərin, kralın və kral
tərəfdarlarının torpaqlarının müsadirə olunması haqqında qərarlar
qəbul etdi. Müsadirə edilmiş torpaqlar böyük sahələrlə satışa
çıxarıldı. Bu torpaqları, əsasən, burjuaziya və ordunun zabitləri
aldı. Kəndlilərin torpağa