Vətəndaş müharibələri. Kral parlamentin islahatları ilə
barışa bilmirdi. Parlamentin bir neçə deputatının həbs olunması
haqqında göstəriş verildi. Lakin xalq parlamentin müdafiəsinə
qalxdığından kral deputatları həbs etdirə bilmədi. Baş verən
proseslər kral və parlament arasında gərginliyi artırdı. Nəticədə
kral 1642-ci ildə parlamentə müharibə elan etdi.
İngiltərədə vətəndaş müharibələrinin başlanması
səbəblərini müəyyən edin.
Müharibənin əvvəli parlament üçün uğurlu olmadı. Parlament ordusu
muzdlulardan və könüllülərdən ibarət İdi. Nizam-İntizamı zəif olan
ordu hərbi təchizat baxımından da yaxşı təşkil olunmamışdı.