Hindistanda miniatür rəssamlıq da inkişaf edirdi. Hind
sənətkarlarının hazırladıqları naxışlı əşyalar, bəzəkli parçalar
və metal məmulatlar göz oxşayırdı. Rəqs, musiqi ölkənin ən inkişaf
etmiş sənət sahələri idi.
XVII yüzilliyə aid hind miniatürü
Bu dövrdə Hindistanda yeni tipli teatrın əsası qoyuldu.
Çin sənətkarları və rəssamlarının sümük və mərmərdən
hazırladıqları əşyalar əsil sənət əsərləri idi. Çin rəssamları
ölkədə toxunan parçalara incə naxışlar vururdular.
XVII yüzillikdə Çin memarlığında monumental binaların inşasına
başlandı. Pekin sarayı, Mukdendəki (indi Şenyan) imperator
mavzoleyi bu dövrdə yarandı.
Hindli rəqqasə