XVII—XVIII yüzilliklər Osmanlı memarlığının tənəzzül dövrüdür. O,
əvvəlki dövrlərlə müqayisədə zəif inkişaf edirdi. Həmin dövrdə
ənənəvi memarlıq üslubu artıq Avropaya xas olan
rokoko
və
barokko
memarlıq üslubu ilə əvəz olunmuşdu. Bu dövr Osmanlı memarlığının
şah əsəri memar Mehmet ağa tərəfindən 1609—1616-cı İllərdə inşa
edilmiş Sultan Əhməd məscididir.
Rokoko XVI—XVIII yüzilliklərdə Avropada məşhur olan bəzəkli
memarlıq üslubu, Barokko XVII-XVIII yüzilliklərdə Avropada məşhur
olan təmtəraqlı memarlıq üslubudur.
Sultan Əhməd məscidinin digər məscidlərdən fərqini müəyyən edin.
Həmin dövrdə Osmanlı rəssamları, əsasən, miniatür əsərlərə
üstünlük verirdilər. Dövrün məşhur rəssamı Levni idi.
Memarlıqdan fərqli olaraq, bu dövrdə musiqi yüksək inkişaf
səviyyəsinə çatmışdı. Musiqidə iki əsas cərəyan var idi: