Şəki xan sarayını möhtəşəm edən hansı xüsusiyyətləri sadalaya
bilərsiniz?
Səfəvi və Əfşar imperiyaları ərazisində tətbiqi sənətkarlıq yüksək
inkişaf etmişdi. Azərbaycan və İran sənətkarlarının hazırladığı
gümüş məmulatlar, xalçalar, parçalar bütün dünyada məşhur idi.
Bu dövrün tanınmış rəssamı olan Məhəmməd Zaman Təbrizinin
əsərlərində Şərq və Qərb rəssamlıq məktəbi ənənələri özünü
göstərirdi. İtalyan rəssamlarının texnikasından bəhrələnən
Məhəmməd Zaman Nizami Gəncəvinin "Xəmsə"sinə aid şəkillər
çəkmişdi. Bu tablolardan biri "Bəhram Gur hind şahzadəsi ilə"
adlanırdı.
"Bahram Gur hind şahzadəsi ilə" tablosu