Osmanlı dövlətində yaşamış məşhur şairlərdən Nəbi, Nədim və Fitnat
xanımın türk ədəbiyyatının inkişafında böyük xidmətləri vardır.
Çoxdilli hind poeziyasında sadə xalqın arzu və ümidləri,
feodallara qarşı mübarizəsi təsvir olunurdu. Çin ədəbiyyatı
tərəqqi dövrünə qədəm qoymuşdu. Ölkədə ədəbiyyat külliyyatları
nəşr olunmuş, Çin klassik romanının inkişafında yeni mərhələ
açılmışdı.
Qafqaz xalqları içərisində şifahi xalq ədəbiyyatı daha çox İnkişaf
etmişdi. Tarixi qəhrəmanlıq motivlərinin əsas yer tutduğu hekayə
və rəvayətlər
Vidadi və Vaqifin heykəli