"Benqal-Asiya cəmiyyəti"nin açılmasının əhəmiyyətini izah edin.
Uilyam Cons
Bu dövrdə Çində ensiklopediya və lüğətlər tərtib edilmişdi. Ölkədə
Çin dili ilə yanaşı, rəsmi dövlət dili olan mancur dilində də
əsərlər yazılırdı.
Qafqazda tibb elminin inkişafında böyük nailiyyətlər əldə
olunmuşdu. Təbiblər müxtəlif xəstəlikləri müalicə edir, çiçək
xəstəliyinə qarşı peyvənd etməyi bacarırdılar. Avropalı alimlər bu
xəstəliyə qarşı peyvənd üsulunu çox son ralar öyrənmişdilər.
Kartli çarı VI Vaxtanqın təşəbbüsü ilə Gürcüstanda mətbəənin əsası
qoyulmuşdu. Bu mətbəədə böyük gürcü şairi Şota Rustavelinin
"Pələng dərisi geymiş pəhləvan" əsəri daşbasma üsulu ilə çap
olunmuşdu.
Ədəbiyyat. XVII—XVIII yüzilliklərdə Azərbaycanda
Arif Təbrizli, Xəstə Qasım, Molla Vəli Vidadi və bir çox başqa
şairlər yaşayıb-yaratmışdılar. Dövrün ən məşhur şairi isə Molla
Pənah Vaqif olmuşdur.
Azərbaycan xalq şeirinin inkişafında Molla Pənah Vaqifin hansı
rolu olmuşdur?