Osmanlı dövlətinin iqtisadi cəhətdən zəifləməsi təhsil sisteminə
də təsirsiz ötüşmədi. Vəqf müəssisələrinin çətinliklə üzləşməsi
dini elmlərin inkişafına da mənfi təsir göstərdi. Bunun əksinə
olaraq dünyəvi elmlər inkişaf edirdi. Dövrün mədəniyyətinə öz
töhfələrini vermiş böyük türk alimləri yetişmişdi. Katib Çələbi və
Evliya Çələbi belə alimlərdən idi.
Katib Çələbi tarix, din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya və
maliyyə məsələlərinə aid bir çox dəyərli əsərlərin müəllifidir.
Onun əsərləri bir çox Avropa ölkələrində nəşr edilmiş və müxtəlif
dillərə tərcümə olunmuşdur. Evliya Çələbinin oncildlik
"Səyahətnamə" əsəri isə Osmanlı, habelə dünya tarixini və
mədəniyyətini öyrənmək üçün əhəmiyyətli mənbələrdən biridir.
Bu əsərdə müəllif Azər-
baycan və onun şəhər-
ləri, xüsusilə Təbriz
şəhəri haqqında qiy-
mətli məlumatlar ver
mişdir.
Katib
Çələbi
Evliya
Çələbi