XVIII yüzillikdə dünyəvi məktəblər açıldı. Rusiyanın
sosial-iqtisadi inkişafı bu bölgənin iqtisadiyyatını öyrənməyi
tələb edirdi. Odur ki tibb, texniki və başqa peşə məktəbləri
yaradıldı.
Qazanda açılan gimnaziyada təhsil rus dilində olsa da, tatar, ərəb
və digər dillər də tədris olunurdu.
Rus məktəbləri Sibirdə də açılırdı. Bu məktəblərdə gəlmə rus
əhalisi ilə birlikdə xristianlığı qəbul etmiş yerli əhalinin də
övladları təhsil alırdı.
Bu dövrdə ilk tatar əlifbası tərtib edildi və Kiril qrafikası
əsasında çuvaş əlifbası yaradıldı.
Şimali Qafqaz və Volqaboyu türklərinin təhsil sistemini müqayisə
edin.