Böyük Moğol imperatorlarının Hindistanda açdığı mədrəsələr
dövlətin himayəsində idi. Ən məşhur mədrəsələr Aqra və Dehlidə
idi. Burada ilahiyyat, riyaziyyat, astronomiya, tibb və digər
elmlər tədris olunurdu.
Şimali Qafqazda da təhsil məktəb və mədrəsələrdə verilirdi.
Buradakı məktəblərdə Quranın oxunması və yazı öyrədilirdi.
Mədrəsələrdə isə Quranla yanaşı, məntiq, fəlsəfə, tarix,
coğrafiya, hüquq və astronomiya elmləri tədris edilirdi.
Maarif sahəsində nüfuzlu din xadimləri və tanınmış alimlər
çalışırdı. Dini mərkəzlərdə fəaliyyət göstərən kitabxanalar zəngin
bilik mənbəyinə çevrilmişdi. Şimali Qafqaz xalqları müxtəlif
əlifbalardan istifadə edirdi. Müsəlman əhali ərəb əlifbasında
yazıb-oxuyurdu.
XVIII yüzillikdə avar əlifbası tərtib olundu.
Gürcüstanda açılan seminariyalar dini təhsil verən orta məktəblər
idi. Belə tədris ocaqlarında,