Bu hadisə Rusiyanın Cənubi Qafqaza yürüşü üçün bəhanə oldu. Lakin
II Yekaterinanın qəfil ölümü rus qoşunlarının tələm-tələsik Cənubi
Qafqazdan çıxarılmasına səbəb oldu.
Ağa Məhəmməd xan 1796-cı ildə Muğanda şah elan edildi. Onun
hakimiyyəti dövründə qızılbaşların Qafqazdakı sərhədləri bərpa
olundu. Bununla da XVIII yüzilliyin sonlarında da Qafqazın Rusiya
tərəfindən işğal edilməsi və çarizmin öz işğalçılıq niyyətlərini
gerçəkləşdirməsi mümkün olmadı.
Ağa Məhəmməd şah Qacarın hakimiyyətə gəlməsi Qafqazdakı siyasi
vəziyyətə necə təsir etdi?