1787-ci ildə Rusiya ilə Osmanlı arasında başlanan müharibə dağlı
xalqları daha da ruhlandırdı. Şeyx Mənsur hərbi əməliyyatları
qərbə doğru genişləndirdi. Bu uğurlardan qorxuya düşən Rusiya
hökuməti Şeyx Mənsura qarşı o dövrün ən müasir silahları ilə
təchiz olunmuş ordu dəstələri göndərdi.
1790-cı ildə Kuban çayı sahilində Şeyx Mənsurun döyüşçüləri ilə
ruslar arasında qanlı toqquşma baş verdi. Əsasən, dağlıq
ərazilərdə vuruşmağa öyrəşmiş üsyançılar bu döyüşdə xeyli itkilər
verdilər. Şeyx Mənsur əsir düşdü və Peterburqda dustaq saxlandığı
zindanda vəfat etdi. Şeyx Mənsur Şimali Qafqaz xalqlarının çar
Rusiyasına qarşı uzun müddət davam etmiş azadlıq mübarizəsinin ilk
qəhrəmanlarından olmuş, hətta çar generalları da onun igidliyindən
heyranlıqla bəhs etmişlər.
Alda və Kuban çayı sahilindəki döyüşlərin nəticələrini müqayisə
edin.
Osmanlı üzərində qazanılan qələbə Rusiyanı Qafqazın şimalında daha
da möhkəmlənməyə, cənubunu da ələ keçirməyə sövq edirdi. Rusiya
yenə də riyakarlıqla Qafqazda "xristian himayəçiliyi" pərdəsi
altında müstəmləkəçilik siyasəti yeridirdi. Bu siyasətin
gerçəkləşməsində II Iraklidən və Cənubi Qafqazda özlərinə "dövlət"
qurmaq istəyən ermənilərdən istifadə olunurdu.
Rusiyanın məkrli niyyətlərindən xəbərdar olan Ağa Məhəmməd xan
Qacar Azərbaycanın cənubunda qızılbaşların köhnə qüdrətini bərpa
edərək 1795-cİ ildə şimala doğru yürüşə başladı.
Şimali Azərbaycan xanlarının bəziləri Ağa Məhəmməd xan Qacara tabe
olduqlarını bildirdilər. Daha sonra Kartli-Kaxet hakimi II
İrakliyə məktub yazan Ağa Məhəmməd xan Qacar bu torpaqların hələ
"Şah İsmayıl dövründən qızılbaşların" olduğunu bildirərək tabe
olmağı təklif etdi. II İraklinin sarayındakı rus hərbçiləri