sahillərindəki strateji qalalar, Kabarda və Osetiyanın şimalı
Rusiyaya ilhaq edildi. Rusiyanın öz istehkam xətlərini Şimali
Qafqazın şərqinə və cənubuna doğru genişləndirməsi nəticəsində
çərkəzlərin (aclıqların) torpaqlarının xeyli hissəsi rus işğalı
altına düşdü. Ələ keçirilən Qafqaz torpaqları rus mülkədarlarına
paylanırdı.
Rusiya-Osmanlı müharibəsində rus çarının tərəfində döyüşən Imereti
(Qərbi Gürcüstan) və Kartli-Kaxet (Şərqi Gürcüstan) hakimlərinin
"vahid Gürcüstan" yaradılması haqqında ümidləri boşa çıxdı.
Osmanlı ilə Rusiya arasında bağlanmış sülh müqaviləsində
"Gürcüstan" adı, ümumiyyətlə, çəkilməmişdi. Əksinə, gürcülərin
birləşmələrinin qarşısını almaq məqsədilə çar Rusiyası
Imeretiyanın yenidən Osmanlı asılılığında qalmasını təsdiq etdi.
1783-cü ildə isə o, Kartli-Kaxet hakimi II irakli ilə Georgiyevsk
müqaviləsini imzaladı.
XVIII yüzillikdə Osmanlı və Rusiya dövlətlərinin Qafqaz uğrunda
mübarizəsi nə ilə nəticələndi?