Rusiyanın VI Vaxtanqa qarşı münasibəti nəyi sübut edir?
Rusiyanın əlinə keçmiş Xəzərsahili ərazilərdə işğal rejimi
yaradıldı.
"Şəhər bizim, halva sizin". XVIII yüzilliyin 20-ci illərinin II
yarısından başlayaraq Nadir xan Əfşarın sərkərdəlik fəaliyyəti
nəticəsində Səfəvi torpaqlarının azad olunmasına başlanıldı.
Nadir şah yürüşdə
1732-ci ildə Səfəvilərlə Rusiya arasında imzalanmış Rəşt
razılaşmasına görə rus qoşunları Xəzər dənizinin cənub
sahillərindən və Kür çayına qədərki Xəzərsahili torpaqlardan
çıxarıldı. İrəvan, Tiflis və Şirvanı osmanlılardan geri alan Nadir
xan Əfşar 1735-ci ildə Gəncədə Rusiya ilə yeni müqavilə imzaladı.
Müqaviləyə əsasən 1722-ci ilə qədərki Səfəvi-Rusiya sərhədi bərpa
olundu. Nadir xan Əfşar azad etdiyi hər bir şəhərə daxil olduqdan
sonra halva çaldırır və onu ehsan kimi şəhər əhalisinə payladırdı.
Bu zaman Nadir xan Əfşar şəhər əhalisinə "şəhər bizim, halva
sizin" sözləri ilə müraciət edirdi.
1736-cı ildə Muğan qurultayında şah elan edilən Nadir ruslardan
azad edilmiş Şimali Qafqazdakı ərazilərdə də qızılbaş qarnizonları
yerləşdirdi. Terek çayı qızılbaşlarla ruslar