Dərbənddə toplanan çoxsaylı qızılbaş ordusunun Həştərxan üzərinə
səfərə hazırlaşdığını eşidən rus çarı barışıq təklif etdi.
Başlanan hərbi əməliyyatlar dayandırıldı və bir müddət sonra
Səfəvilərlə Rusiya çarlığı arasında sülh müqaviləsi imzalandı.
Bu məğlubiyyətdən sonra çar Rusiyası uzun müddət Qafqazda fəal
hərbi əməliyyatlar apara bilmədi.
Xəritə əsasında Qafqazdakı siyasi vəziyyətlə bağlı müzakirə
keçirin.