təbəələri olan kazaklar Azərbaycandan Şimali Qafqaza gedən
karvanın qarşısını kəsərək qarət etdilər. Şirvan bəylərbəyi Xosrov
xan Rusiyanın Həştərxandakı valisindən quldurların
cəzalandırılmasını tələb etdi. Xosrov xan, əks halda, "Həştərxanı
yerlə-yeksan edəcəyi və kazakları qovacağı" ilə hədələdi.
Rusiyanın Səfəvilərlə sərhəddə yeni qalalar tikmə təşşəbüsü
münasibətləri daha da gərginləşdirdi. Rusiya çarı müharibəyə
hazırlıq gördü və Şimali Qafqazdakı kazaklara onların yardımına
göndərilən hökumət qoşunları ilə əlbir hərəkət etmək əmrini verdi.
Səfəvi şahı II Abbas da Şirvan bəylərbəyinə rusların yeni inşa
etdikləri qalaları dağıtmağı, lazım gələrsə, hərbi əməliyyatları
Həştərxan tutulana qədər davam etdirməyi əmr etdi. Rusiya
təcavüzündən əziyyət çəkən Qumuq