Bu vədlərə inanan rus çarının əmrilə 1604-cü ildə Həştərxandan
çıxan 10 minlik qoşun Dağıstan ərazisinə hücum etdi. Bu zaman
"artıq qızılbaşların xidmətinə keçən gürcü ordusunun ruslara
köməyə gələ bilməyəcəkləri məlum oldu. Rus qoşunları Dağıstanın ən
güclü feodal hakimliyi olan Qumuq şamxallığı ərazisinə girərək
qarətə başladı. Bir çox yaşayış məskənləri yandırıldı.
Qumuqlar və qonşu xalqlar Sultan Mahmudun başçılığı altında rus
işğalçılarına qarşı mübarizəyə başladılar və yadelliləri məğlub
etdilər.
XVII yüzilliyin əvvəllərində rusların Qafqaza hücum etməsinə hansı
amillər səbəb olmuşdu?