Səfəvilər dövlətinin şimal-qərb sərhədlərinin möhkəmləndirilməsi
üçün gördükləri tədbirləri müəyyən edin.
Rusiyanın "İver torpaqlarına əl qoymaq" təşəbbüsünün
uğursuzluğu.
XVI yüzilliyin II yarısında Həştərxan xanlığını işğal edən Rusiya
Qafqaza doğru irəliləməyə can atırdı. Bu məqsədlə çar Rusiyası
Şimali Qafqazın mərkəzində Terek çayının sahilində və digər
strateji məntəqələrdə qalalar inşa etdirirdi.
Rusiya çarının sarayına gələn gürcü rahibi ondan "
İver
torpaqlarına əl qoymağı" xahiş etdi. Elçi çarı inandırdı ki, rus
qoşunları Qafqazın cənubuna doğru hərəkət etsələr, çoxsaylı gürcü
qoşunları onları qarşılayacaqdır.
Qədimdə indiki Gürcüstanın şərq hissəsi Iberiya (İveriya və ya
İver torpaqları) adlanırdı.
Qızılbaşların
döyüş baltası