Buxara və Xivə xanlıqları. XVII yüzilliyin
əvvəllərindən Buxara xanlığında hakimiyyət Həştərxan ilər
sülaləsinin əlində idi. Bu sülalənin nümayəndələri arasında
taxt-tac uğrunda gedən mübarizə və Xivə xanlığı ilə müharibə də
xanlığın gücünü sarsıdırdı.
XVII yüzilliyin II yarısında türkmən tayfalarına amansız divan
tutan Xivə xanları Buxara xanlığı ərazisinə dağıdıcı yürüşlər
təşkil etdilər XVIII yüzilliyin əvvəllərində Buxara xanlığında
mərkəzi hakimiyyət tamamilə zəiflədi. Daşkənd və ətrafındakı
ərazilər Kokand xanlığının tabeliyinə keçdi. Bəlx də daxil olmaqla
Amudərya çayının sol sahilboyu məhsuldar əraziləri Buxara
xanlığından ayrıldı.
1740-cı ildə Mərkəzi Asiya Nadir şah Əfşarın yürüşlərinə məruz
qaldı. Amudərya çayının sol sahilindəki torpaqları fəth edən Nadir
şah ordularını
Mavərannəhrə
yönəltdi.
Mavərannəhr ərəb dilində "çaylar arası" deməkdir. Amudərya ilə
Sırdərya çaylarının arasındakı ərazilər belə adlanırdı.
Bəlxə daxil olan hökmdar güclü artilleriya ilə Amudərya çayının
sağ sahilinə keçdi. Buxara xanı Nadir şah Əfşardan vassal
asılılığını qəbul etdi. Nadir şah Məhəmməd Rəhimi Buxara xanlığına
özünün səlahiyyətli nümayəndəsi təyin etdi. Buxaralılardan ibarət
10 min nəfərlik atlı qoşunu ordusunun tərkibinə qatan Nadir şah
Xivə xanlığına hücum etdi. Xivə xanı məğlub olaraq əsir düşdü.
Xivəni idarə etmək üçün buraya canişinini təyin edən Nadir şah
onun hakimiyyətindən narazı olanları Xorasana köçürdü.
Məhəmməd Rəhim xan keçmiş xanlığın qüdrətini bərpa edərək onu
əmirlik elan etdi. XVIII yüzilliyin sonlarında Buxara əmirliyi
xeyli gücləndi. Bir çox vergilər ləğv edildi, rəiyyətin
vəziyyətini yüngülləşdirən qanunlar verildi. Orduda xidmətə görə
sabit maaş verilməsinə başlanıldı.