XVII yüzilliyin 30-40-cı illərində rus qoşunları yakutların ciddi
müqavimətləri ilə qarşılaşdı. Əhalinin gözünü qorxutmaq məqsədilə
onlara amansız divan tutuldu. Yoluxucu xəstəliklər və ağır
müstəmləkə zülmü yakutların yarısından çoxunun məhv olmasına səbəb
oldu.
Rusiya müstəmləkəçilərinin yakutlardan vergi toplaması
XVIII yüzilliyin əvvəllərində Rusiya müstəmləkəçiləri böyük
itkilər hesabına indiki Xakasiya ərazisini ələ keçirə bildilər.
Yadelli əsarətinə düşmək istəməyən xakasların bir hissəsi Mərkəzi
Asiyadakı soydaşlarının yanına köçüb getdi.
Sibir çar Rusiyası üçün zəngin xammal mənbəyinə çevrildi. Buraya
torpaqsız kəndlilər köçürülür,