dini zülm daha da ağırlaşdı. Çar hökuməti XVIII yüzilliyin
ortalarında təkcə Qazan quberniyasında 500-dən çox məsciddən
400-nü dağıtdırdı.
Bir tərəfdən Volqaboyuna və Urala gəlmə rusların yerləşdirilməsi,
sosial-iqtisadi zülmün artması, digər tərəfdən zorla
xristianlaşdırma siyasəti yerli müsəlman-türk əhalisinin öz doğma
yurdlarından Rusiyanın sənayenin inkişaf etməyə başladığı Avropa
hissəsindəki ərazilərə köçmələrinə səbəb olurdu. Çar hökumətinə
qarşı mübarizə səngimək bilmirdi.
XVIII yüzilliyin 70-ci illərinin əvvəllərində Rusiya çarına qarşı
baş vermiş üsyanda türklərlə yanaşı, digər Volqaboyu və Ural
xalqları yaxından iştirak etdilər.
Üsyan yatırılsa da, Rusiya hökumət orqanları XVIII yüzilliyin
sonlarında müsəlman türklərə Qazanda mədrəsələr açmağa və daşdan
məscid tikməyə icazə verməyə məcbur oldu. Türk və rus
zadəganlarının hüquqları eyniləşdirildi.
Sibir türkləri çar Rusiyasının zülmü altında.
XVI yüzilliyin 60-cı illərində Sibir və Mərkəzi Asiyada
hakimiyyətdə Çingiz xanın nəslindən olan Şeybanilər sülaləsi
hakimiyyətə gəlmişdi. Mərkəzi Asiya Şeybaniləri İlə sıx əlaqə
saxlayan Sibir xanı Kuçum xan həm öz dövlətinin ərazisində İslam