Rusiyada I Pyotrun hakimiyyətə gəlməsi ilə Volqaboyu və Uralın
müsəlman-türk xalqlarının istismarı daha da gücləndirildi. Torpaq
vergisindən başqa, hər soba borusuna, nişanlanmağa və evlənməyə,
mollalardan hər kəsdikləri nikaha və ölülər üçün oxuduqları duaya,
bazar və məscidə getməyə görə də vergilər alınması haqqında fərman
verildi. Gözlərinin rəngi boz olanlar 6, qara olanlar isə 8 qəpik
vergi ödəməli idilər. Bu fərmanı eşitmək üçün çar hökumət
nümayəndələri tatar və başqırd ağsaqqallarını Ufa yaxınlığına
çağırdılar. Fərmanı qəzəblə qarşılayan ağsaqqallar onu cıraraq
çaya atdılar. Bundan qəzəblənən çar hökuməti narazı əhaliyə
amansız divan tutdu.
Bunu eşidən əhali yenidən üsyan qaldırdı. Üsyana qalxan
müsəlman-türklərə xristianlığı qəbul etmiş türklər və
Həştərxandakı atıcılar da qoşuldular. Qüvvələri birləşdirən
üsyançılar bir neçə dəfə nizami rus qoşunlarını darmadağın
etdilər. Onlar Moskva üzərinə yeriyib I Pyotru hakimiyyətdən
uzaqlaşdırmaq qərarına gəldilər. Qorxuya düşmüş I Pyotr dərhal
üsyançılarla danışıqlara başlamaq haqqında əmr verdi. Müəyyən
güzəştlərlə üsyançıların sayıqlığını pozan çar hökuməti XVIII
yüzilliyin əvvəllərində üsyanı yatıra bildi. Milli və