Balkanlarda isə keçmişdə bir-biri ilə müttəfiq olan Avstriya və
Rusiya arasında başlayan mübarizə buna imkan vermədi.
Kiçik Qaynarca və Yassı müqavilələrinin Osmanlı dövlətinə təsirini
izah edin.
Osmanlının dağılma dövrünün başlanması.
1791-ci ildə Yassı sülhünün imzalanması Osmanlı dövlətinin dağılma
dövrünün başlanğıcı hesab edilir. 1789-cu ildə taxta çıxan III
Səlim Avstriya və Rusiya ilə sülh müqavilələri imzaladıqdan sonra
dövləti böhrandan çıxarmaq üçün islahatlar keçirməyi qərara aldı.
Yerli tacirlərin gəlirlərini artırmaq məqsədilə ölkə daxilində
onların imtiyazları artırıldı və xarici tacirlərin fəaliyyətləri
məhdudlaşdırıldı.