Krım xanlığının Rusiya tərəfindən işğalına etiraz olaraq Osmanlı
dövləti 1787—1791-ci illərdə Rusiya ilə müharibə etdi. Müharibəyə
Rusiyanın müttəfiqi olan Avstriya da qoşuldu. Avstriya ordusunu
dalbadal ağır məğlubiyyətə uğradan Osmanlı dövləti Rusiya ilə
döyüşlərdə uğur qazana bilmədi. Osmanlı ilə müqavilə imzalayan
Avstriya müharibədən çıxdı.
Rusiya ilə döyüşlərdə məğlub olan Osmanlı dövləti Yassı sülh
müqaviləsini imzaladı. Müqaviləyə əsasən Dnestr çayı Rusiya ilə
Osmanlı arasında sərhəd oldu. Rusiya Qara dənizin şimal
sahillərində qəti olaraq möhkəmləndi, Cənubi Qafqazda və
Balkanlarda nüfuzunu daha da artırdı.
Bununla belə, Osmanlı torpaqlarının bölüşdürülməsini nəzərdə tutan
"Şərq məsələsi" Avropa ölkələrinin xeyrinə həll olunmadı. Belə ki
Osmanlıya məxsus Misir uğrunda İngiltərə ilə Fransa,