Geriləmənin qarşısını qısa bir müddətə almış I Mahmuddan sonra
hakimiyyətə gələn sultanların dövründə Osmanlı dövlətində yenidən
siyasi və iqtisadi böhranlar gücləndi. Osmanlı sultanı ordusunun
zəiflədiyini bilə-bilə 1768-ci ildə Rusiyaya müharibə elan etdi.
Müharibədə məğlub olan Osmanlı 1774-cü ildə Kiçik Qaynarca sülh
müqaviləsini imzalamağa məcbur oldu.
Qələbə qazanan Rusiya sonralar "Şərq məsələsi" adlanan siyasətini
"həll etmək" üçün geniş fəaliyyətə başladı. Bu siyasətin əsas
mahiyyəti Azov və Qara dəniz sahillərini tam işğal edərək bu
dənizlərə çıxış əldə etmək, Bosfor və Dardanel boğazları üzərində
nəzarəti ələ keçirmək və