Bu qələbədən ruhlanan III Əhməd "Müqəddəs birliy"in digər üzvləri
olan Avstriya və Venesiya ilə müharibəyə başladı. Lakin bu
dövlətlərlə apardığı döyüşlərdə məğlubiyyətə uğrayan Osmanlı
dövləti Balkan yarımadasında xeyli ərazilər itirdi.
Osmanlı sultanı idarəçilikdə və daxili siyasətdə Avropa
ölkələrinin təcrübəsini öyrənmək məqsədilə İngiltərə, Fransa və
Avstriyanın paytaxt şəhərlərinə xüsusi nümayəndə heyətləri
göndərdi. Bu heyətin üzvləri Avropa ölkələrindəki ordu quruculuğu
və elmi yeniliklərlə yaxından tanış oldu.
Osmanlı dövlətinin geriləməsinin qarşısını almaq məqsədilə
Sədrəzəm İbrahim paşanın başçılığı ilə islahatlar keçirilməsinə
başlanıldı.
Dünyəvi elmlərə maraq artdı. Osmanlıda İlk mətbəə açıldı. Qara və
Mərmərə dənizlərinin xəritəsi çəkildi. Çiçək xəstəliyinə qarşı
peyvənd edilməsi minlərlə insanın həyatını xilas etdi. İstanbulda
yanğından mühafizə dəstəsi təşkil olundu.
Avropa memarlığı ilə tanışlıq nəticəsində İstanbulda yeni üslubda
binaların İnşasına başlanıldı. İbrahim paşa İstanbul
xiyabanlarında lalə gülü
İbrahim paşa