OSMANLI İMPERİYASI
durğunluq dövrü, Köprülü Mehmet
paşa, geriləmə dövrü, “Lalə dövrü”,
“Yunan layihəsi", Yassı sülhü,
III Səlimin islahatları
Əsası oğuzların Qayı boyu tərəfindən qoyulmuş
Osmanlı dövləti 1453-cü ildə Bizansın
varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu
fəth etmiş və bu şəhəri öz paytaxtına
çevirərək İstanbul adlandırmışdı.
XVI yüzillikdə hakimiyyətini üç qitəyə yayan
Osmanlı dövləti XVII yüzilliyin əvvəllərində də
qüdrətini qoruyub saxlaya bilmişdi.