Yezuit astronomlar imperatorun qəbulunda
XVIII yüzilliyin əvvəllərində Çin missionerlərin xidmətindən
imtina etməyə başladı. Tədricən kilsələr bağlandı və missionerlər,
eləcə də bütün xarici tacirlər ölkədən qovuldu. 1757-ci ildə Çin
hökuməti avropalıların bu ölkəyə gəlmələrini qadağan etdi.
Avropalılara yalnız Kanton (Quançjou) şəhər-limanı vasitəsilə
ticarət etməyə icazə verildi. Özünütəcrid siyasəti yeritməklə
hakimiyyətini möhkəmlətməyə çalışan hökumət Çinin inkişafını
ləngidir, onu dünyanın qabaqcıl dövlətlərindən geri qoyurdu.
Sizcə, Çin hökuməti avropalıların ölkəyə gəlişini qadağan etməsə
idi, nə baş verə bilərdi?
"Özünütəcrid siyasətinin Mancur dövlətinin qeyri-bərabər
inkişafına təsiri" mövzusunda esse yazın.