Mancurların keçirdiyi aqrar islahatların nəticəsi nə oldu?
Mancur işğalı nəticəsində Çində baş verən ərazi dəyişikliklərini
kontur xəritədə işləyin.
Özünütəcrid siyasəti. Çinə missionerlərin axını
hələ Min sülaləsinin hakimiyyətinin sonlarında başlamışdı. Onlar
Mancur sarayında ən önəmli mövqeyə malik idilər. Mancurlar Çində
ağalıqlarının ilk dövründə Avropa ölkələrinin tacirlərindən və
donanmalarından yardım alırdılar. Bu səbəbdən onlara müəyyən
güzəştlər edirdilər. İngiltərə, Hollandiya, Fransa, Portuqaliya və
Rusiya Çin bazarları uğrunda rəqabətə qoşulmuşdu.