Mancur sülaləsi. Mancurlar hakimiyyətə gəldikdən
sonra ənənəvi Çin idarəçiliyinə toxunmadılar. Dövlətin başında
mancurların Mancur sülaləsindən olan
boqdıxanlar*
dururdu. Onlar qeyri-məhdud hakimiyyətə malik idilər.
Boqdıxan Min və Mancur sülaləsindən olan Çin
imperatorlarının daşıdığı tituldur. Monqol dilində boqd-kaan
"müqəddəs hökmdar" deməkdir.
İmperator "səma oğlu" hesab olunurdu. Günəşə bənzərliyini sübut
etmək üçün o, başdan-ayağa sarı geyimə bürünürdü. Ondan başqa heç
kəsin öz paltarını sarı sapla tikməyə ixtiyarı yox idi. Mancurlar
çinlilərdən itaətkarlıq tələb edirdilər, itaətkarlığın simvolu Çin
kişilərini ölüm qorxusu altında saxlayan hörük idi. Mancur
sülaləsinin əsas hərbi dayağı "səkkiz bayraqlı qoşun" idi ki,
burada da mancurlarla yanaşı, hakim sülaləyə sədaqətini sübut
etmiş çinlilər də qulluq edirdilər.
Sizcə, nə üçün mancurlar Çinin əvvəlki idarəçiliyinə toxunmadılar?
Min və Mancur imperatorlarının məqbərəsi
İctimai-iqtisadi münasibətlər. Çində möhkəmlənən
mancurlar tezliklə qonşu ərazilərin işğalına başladılar. XVIII
yüzilliyin ortalarına kimi Cunqariya, Qaşqar, Şərqi Tibet ələ
keçirildi. Koreya Çinin vassallığını qəbul etdi. Ruslar Amur
ətrafına