ÇİN
Min, Mancur, boqdıxan,
özünütəcrid siyasəti
XIV yüzilliyin ortalarında Çində monqol
əsarətinə qarşı xalq hərəkatı nəticəsində
ölkə yenidən azad oldu. Hakimiyyətə Min
sülaləsi (1368-1644) gəldi. XVI yüzillikdə Min
sülaləsinin işğalçı yürüşləri nəticəsində
imperiyanın ərazisi xeyli genişləndi. Çin
imperiyasının ərazisinə müasir Çinin daxili
əyalətləri, habelə Mancuriya daxil idi.
Koreya, Vyetnam və Tibet isə Çindən asılı
vəziyyətdə idi.
Min sülaləsinin süqutu. XVI—XVII yüzilliyin qov-
şağında Min sülaləsi tənəzzül dövrünə qədəm
qoydu, imperatorların qətiyyətsizliyindən istifadə
edən saray əyanları dövlətin idarəçiliyini əllərinə
almışdılar. Zəif imperator hakimiyyəti, əyalətlərdə
zəngin ailələrin hökmranlığı, onları müdafiə edən
saray əyanlarının güclənməsi, səmərəsiz daxili si-
yasət ölkənin vəziyyətini ağırlaşdırırdı. Xarici təh-
lükələrin artdığı şəraitdə imperiyanı aclıq bürü-
müşdü. Tezliklə kəndli üsyanları başladı. 1644-cü
ildə üsyançılar Çinin paytaxtı Pekini tutdular. Min
sülaləsinin hakimiyyətinə son qoyuldu. Var-döv-
lətlərini itirməkdən qorxuya düşən iri feodallar
üsyanı yatırmaq üçün çjurçjenləri (sonralar man-
curlar adlandırıldı) ölkəyə dəvət etdilər. Elə həmin
ildə mancurlar Pekini üsyançılardan geri aldılar.
Mancurların və Çin feodallarının birgə səyi nəticə-
sində üsyan yatırıldı. Tədricən mancurlar ölkənin
qalan hissəsini də işğal etdilər. Çində yadelli Man-
cur sülaləsinin hakimiyyəti (1644-1911) başladı.
Min sülaləsinin süqutunun səbəbləri nə idi?
Min
döyüşçüsü