Böyük Moğol dövlətinin xəzinəsi və məşhur "Tovuz quşu" taxtı
qənimət kimi əfşarlara verildi.
"Tovuz quşu" taxtı
Böyük Moğol hökmdarı Hind çayından qərbdəki torpaqları
Azərbaycan-Əfşar dövlətinə güzəştə getdi. Buradan Türküstan
üzərinə yeriyən Nadir şah Xivə və Buxara xanlıqlarını da özündən
asılı vəziyyətə salaraq Azərbaycana qayıtdı.
1743-cü ildə Nadir şah yenidən Osmanlı dövləti ilə müharibəyə
başladı. Baş verən döyüşlərdə Nadir şah böyük qələbə qazandı. O,
humanistlik göstərərək yaralanıb əsir düşmüş Osmanlı
döyüşçülərinin Qars qalasına çəkilmələrinə imkan verdi. 1746-cı
ildə Osmanlı ilə bağlanmış müqaviləyə əsasən Nəcəf şəhəri Əfşarlar
dövlətinə birləşdirildi.
Nadir şah və I Abbasın fəaliyyətlərinin oxşar və fərqli cəhətləri
ilə bağlı cədvəl hazırlayın.
1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürüldü. Onun
qurduğu dövlət daha xırda hakimliklərə