Dövrün ideyaları rəssamlıq əsərlərində də öz əksini tapırdı.
Fransız rəssamı Jak Lui Davidin rəsmləri, əsasən, inqilab
mövzularına həsr olunmuşdu.
J.L.David
Mədəniyyətin mühüm sahələrindən biri olan teatr sənəti də inkişaf
edirdi. 1702-ci ildə Moskva teatrı fəaliyyətə başladı. Teatrın
açılması mədəniyyətin inkişafına böyük təkan verdi.
Meksikada teatr sənətinin əsasını qədim hindu dini mərasimləri
təşkil edirdi. İlk kütləvi teatr tamaşası Mexikoda göstərilmiş,
sonra başqa şəhərlərdə də teatrlar meydana gəlmişdi.
1751-ci ildə Şimali Amerikada da teatr yaradıldı və bu, milli
dramaturgiyanın formalaşmasına böyük təsir göstərdi.
Mədəniyyətin inkişafında teatrın rolu nədən ibarətdir?