I.V.Höte
Rusiyada feodal-təhkimçilik sistemi və mütləqiyyət əleyhinə
yönəlmiş inqilabi ideologiyanın ən görkəmli nümayəndəsi
A.N.Radişşev idi. Onun "Peterburqdan Moskvaya səyahət" əsəri böyük
şöhrət qazanmışdı. Radişşev Rusiyada mütləqiyyətin devrilməsini və
respublika qurulmasını təklif edirdi. Onun əsəri təhkimçiliyə və
mütləqiyyətə qarşı mübarizəyə ilk inqilabi çağırış İdi.
Sizcə, Radişşevin mütləqiyyətə qarşı belə çıxış etməsinin səbəbi
nə idi?
Memarlıq və incəsənət. Kapitalizmin bərqərar
olması dövründə elm və texnikanın müvəffəqiyyətləri
böyük bina, körpülər və başqa
tikintiləri əvvəlkindən sürətlə inşa etməyə imkan
verirdi. XVII—XVIII yüzilliklərin memarlıq
üslubu tarixdə barokko adı ilə məşhurdur.
Romadakı Müqəddəs Pyotr kilsəsi barokko
üslubunda inşa edilmiş memarlıq əsərlərinin